SİZİN REKLAM BURADA

Rumıniya yığmasının “milliləşdirdiyi” azərbaycanlı - VİDEO

“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin futbolçu karyerası ərzində keçirdiyi ən uğursuz oyunlardan biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi 22 il əvvəl bərbad çıxışı ilə diqqət mərkəzinə düşüb.

 

O, AÇ-1996-nın Rumıniya ilə evdə, yəni Trabzonda keçirilən görüşünün antiqəhrəmanına çevrilib. 1995-ci ildə baş tutan görüşdə millimizin 1:4 hesablı darmadağına üzülməsində Diniyevin rolu böyük olub.

 

Belə ki, futbolçumuz rəqibin qollarının ikisində fəal iştirak edib. Kobud səhvə yol verən Diniyev rəqibə verdiyi ötürmələrlə rumıniyalıların hücumlarına start verib. Rəqib isə hədiyyədən maksimum yararlanıb.

 

Yarımmüdafiəçimizdən ötürmə alan rumıniyalılardan biri digər komanda yoldaşını tapıb və sonuncu qapını dəqiq nişan alıb. Hokkeydə qolların bəzilərində 2 assistin hesablandığını nəzərə alsaq, futbolçumuz hesabına rəqibin lehinə iki “məhsuldar ötürmə” yazıb.

 

Yarımmüdafiəçi belə ötürmələri Rumıniya deyil, Azərbaycan millisinin lehinə versəydi, hesab 1:4 deyil, yığmamızın xeyrinə - 3:2 olardı. Bu qolları izlədikdə onun rumıniyalılar tərəfindən “milliləşdirildiyi” təsəvvürü də formalaşır.

 

Qeyd edək ki, Azərbaycan millisinin Rumıniya ilə qarşılaşması 1995-ci il aprelin 26-da baş tutub.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10