Dauninq “Midlsbro”dan ayrılır
09.01.2017 - 18:35
Dauninq “Midlsbro”dan ayrılır

İngiltərə yığmasının sabiq üzvü Stüart Dauninq “Midlsbro” klubunu tərk edə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin komandadan ayrılmaq ehtimalı yüksək dəyərləndirilir.

 

“Midlsbro” rəhbərliyi Dauninqi hansısa kluba icarəyə verməyi düşünür. Futbolçunun özü də qış “transfer pəncərəsi”ndə iş yerini dəyişmək arzusundadı.

 

Qeyd edək ki, “Midlsbro”nun yetirməsi olan Dauninq 2009-cu ildə komandanı tərk etsə də, 2015-ci ildə yenidən doğma klubuna qayıdıb.  

0