SİZİN REKLAM BURADA

“Hazırkı durumda İntiqam Zairov Olimpiya ikincisidi” – İWF rəsmisi

“Hazırkı durumda İntiqam Zairov Olimpiya ikincisidi. Amma bu nəticələr gələcəkdə dəyişdirilə bilər. Çünki o, analizinin təkrar testinin araşdırması davam edən idmançılar sırasındadı”. Bunu apasport.az saytına Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) hüquqşünası Yeva Nyirfa deyib.

 

İWF-nın rəsmi saytı Azərbaycan idmançısını London Olimpiadasının gümüş medalçısı kimi qeyd edib. Zairovun mükafatına qovuşması isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yekun qərarından sonra gerçəkləşəcək.

 

Nyirfanın sözlərinə görə, Londonda 94 kq çəki dərəcəsində BOK-un 5 idmançı ilə bağlı yekun qərarını verməsi Zairovu ikinci pilləyə qaldırıb. Lakin onun burada qalması da məhz onlardan asılı olacaq: “Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında araşdırmalarla bağlı nəticələr daim yenilənir. Bu proseduralar isə 2 hissədən ibarətdi. Əvvəl Beynəlxalq Olimpiya Komitəsinin, sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının araşdırması gedir. Yalnız birincilərin qərarından sonra biz öz sözümüzü deyirik. Elə idmançılar var ki, BOK-dakı prosedur davam etməkdədi. İntiqam Zairov da belə atletlərdəndi. Bəzi idmançılarda isə BOK-un araşdırması başa çatsa da, federasiyada analoji hal davam etməkdədi. Həmin çəki dərəcəsində 5 idmançı ilə bağlı da BOK qərarını verib. Amma biz hələ araşdırmanı davam etdiririk. Zairovla bağlı da BOK yekun qərar verdikdən sonra onun statusuna aydınlıq gələcək. Bundan sonra idmançınızla bağlı hər şey bizdən asılı olacaq”.

 

Qeyd edək ki, Zairov yarışları 6-cı yerdə başa vursa da, ondan öndə qərarlaşan 4 idmançının dopinqə düşməsi həmyerlimizi ikinci pilləyə yüksəldib.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220