[b]Messini sındırdılar - FOTO[/b]
10.01.2017 - 10:34
[b]Messini sındırdılar - FOTO[/b]

“Barselona”nın hücumçusu Lionel Messinin ölkəsi Argentinadakı heykəli qırılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, onun Buenos Ayresdəki heykəlini sındıran şəxslərin kimliyi bəlli deyil.

 

Messinin Cənubi Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra milli karyerasını bitirdiyini açıqlaması yerli federasiyanı narahat etmişdi. Şəhər rəhbərliyi isə onu fikrindən daşındırmaq üçün hətta heykəlini də ucaltmışdı.

 

Lakin həmin heykəl dünən Kriştianu Ronaldonun FİFA tərəfindən 2016-cı ilin ən yaxşı futbolçusu mükafatını qazandıqdan bir neçə saat sonra uçurdulub. Şəhər rəhbərliyi heykəlin qısa müddətdə əvvəlki vəziyyətinə gətiriləcəyini və günahkarların tezliklə tapılaraq, cəzalandırılacağını bəyan edib.

 

Qeyd edək ki, basketbolçu Manu Ginobili, tennisçilər Qabriela Sabatini, Gilyermo Vilas, “Formula-1”in keçmiş çempionu Xuan Manuel Fanqionun da heykəli Messinin heykəli ilə yanaşı ucaldılıb.

0