[b] Çingiz Hüseynzadə: Kişi verdiyini geri almaz[/b]
10.01.2017 - 13:32
[b] Çingiz Hüseynzadə:  Kişi verdiyini geri almaz[/b]

“İntiqam Zairov dopinq yoxlamalarına görə 7-ci pillədən 2-ci yerə yüksəlib”. Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

 

MOK rəsmisi bu gün Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Yanes Kosiyançiçlə birlikdə keçirdiyi mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İntiqama gümüş medal vermək məsələsi gündəmdədi. Amma onun özünü də dopinq testdən keçirəcəklər. Belə başa düşülür ki, İntiqama “gümüş” verəcək, sonra dopinq tapıb əlindən alacaqlar. İstəyirik ki, bu məsələ tam dəqiqləşsin, sonra açıqlama verək. İntiqama bu medal veriləcəksə, bu, yarışda qazanılmış sayılmır. Kişi verdiyini geri almaz. Həmçinin, Vitali Rəhimovdan da pulu geri almaq fikrimiz yoxdu”.

 

O bildirib ki, 2019-cu ildə yeniyetmələrin Avropa Oyunlarının təşkilatçılığında problem yaranmayacaq: “Bu yarışın öz şərtləri var. Adətən, bu tip yarışda idmançıları yataqxana tipli yerlərdə yerləşdirirlər. Onlar 5 ulduzlu otellərdə yerləşdirilmir. Bizim 2019-cu ildə onlarla bağlı başqa planlarımız var. Ali məktəblər üçün yataqxanaların tikilməsi planı var. Ola bilsin ki, idmançıları elə həmin yataqxanalarda yerləşdirdik. Bu ayın 26-da İsveçrədə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək və orda müqavilə imzalayacağıq. Bu yarışda bütün Avropa ölkələri iştirak edir. 8-9 idman növü olur ki, onun 4-ü Olimpiya növlərindədi. Bunların hamısını dəqiqləşdirəcəyik. Müqavilə imzalandıqdan və Təşkilat Komitəsi yaranandan sonra həmin Oyunlar Kəndinin harda olması barədə düşünəcəyik. Hazırkı Atletlər Kəndi çox yüksək səviyyədədi və yeniyetmə idmançılar üçün yararlıdı”.

 

0