[b]Azərbaycan üçün faydasız qərar: Ümidimiz AÇ-di[/b]
10.01.2017 - 15:51
[b]Azərbaycan üçün faydasız qərar: Ümidimiz AÇ-di[/b]

FİFA bu gün dünya çempionatının final mərhələlərindəki iştirakçıların sayının 32-dən 48-ə qədər artırılmasına qərar verib. Apasport.az saytının məlumatına görə, DÇ-2026-dan tətbiq olunacaq bu yenilikdən kimlərin faydalanacağı da bəllidi.

 

Söhbət konfederasiyalar, yəni qitələr üzrə qazancdan gedir. İlk baxışdan 50 faizlik artımın Azərbaycan yığmasının da yolunu aça biləcəyi haqda təsəvvür yaranır. Elə azarkeşlər də bu artıma baxaraq ümidlənir. Amma əslində...

 

FİFA-nın son qərarı Azərbaycan üçün böyük əhəmiyyət kəsb etməyəcək. Davam etməkdə olan DÇ-2018-in seçmə mərhələsi ilə müqayisə aparsaq, millimizin çıxış etdiyi Avropa zonasına cəmi 2 vəsiqə əlavə veriləcək. Artırılan 16 yerdən 1/8-nin “Köhnə qitə”yə verilməsi şanslarımıza ciddi dəyişikliyin olmamağına işarədi.

 

Hazırda 32 yerdən 13-ü seçmə mərhələ, biri isə təşkilatçı Rusiya kimi UEFA zonası ölkələrinə düşüb. 8 ildən sonra bu rəqəm 16-ya yüksələcək. Nəzərə alsaq ki, mundial Avropada keçirilsə, seçmə mərhələdəki vəsiqələrin sayı da azalacaq. Çünki bir, iki, hətta 3 ölkə ev sahibi kimi Avropanın kvotasından “yeyəcək”.

 

Amma istənilən halda, bu say 16-nı keçməyəcək. Seçmə mərhələsi 9 qrupda keçirilən Avropadan final mərhələsinə yollanmaq üçün isə mütləq 1-ci olmaq ya da 2-ci yerlə pley-offda uğur qazanmaq lazımdı. Azərbaycan millisinin ilk iki yerə iddiasının olmadığını nəzərə alsaq, futbolumuzun indiki səviyyəsi ilə 48 komandalı DÇ də bizlik deyil. 24 komandalı AÇ-yə çıxa bilmiriksə, 16 Avropa təmsilçisi sırasına necə düşək? Bir sözlə, komandamız üçün AÇ bundan sonra da DÇ ilə müqayisədə daha real olacaq.

 

Digər qitələrə baxsaq, 16 yeni vəsiqənin necə paylandığını görmək mümkündü.

Afrika və Asiya daha çox  - 4 yer qazanıb. Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi 3 yer qabağa düşüb. Dünyanın ən güclüləri - Avropa ilə Cənubi Amerika isə hərəyə 2 əlavə vəsiqə qazanıb. Daha bir artım isə Afrika və Okeaniyanın yarımvəsiqəlik qazancıdı. Bunun sayəsində sonuncular hər mundialda 1 komanda ilə təmsil ediləcək.

 

 

Konfederasiya

DÇ-2018

DÇ-2026

UEFA (Avropa)

14*

16

AFK (Asiya)

4,5

8,5

KAF (Afrika)

5

9,5

KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi)

3,5

6,5

KONMEBOL (Cənubi Amerika)

4,5

6,5

OFK (Okeaniya)

0,5

1

Cəmi

32

48

 

* - təşkilatçı ölkəyə verilən yer.

0