SİZİN REKLAM BURADA

Qambiya, Lüksemburq ulduz yetişdirir, Azərbaycan isə...

UEFA 2017-ci ildə ulduzu parlaması gözlənilən gənc futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun müəyyənləşdirdiyi 40 futbolçunun əksəriyyəti Avropa ölkələrinin nümayəndəsidi.

 

Ən çox “gələcəyin ulduzu”na Fransa sahibdi. Belə ki, fransızların 6 oyunçusu böyük klublarda uğurlu çıxış etməyə namizəd hesab edilir. Portuqaliya 4, İngiltərə və Hollandiya isə 3 futbolçu ilə siyahıda təmsil olunub.

 

Gəncləri üzə çıxarmaqda məşhur olan Dortmund “Borussiya”sının gələcəyini də etibarlı əllərdə saymaq olar. Bundesliqa təmsilçisinin 4 üzvü bu komandanı çiyinlərində daşıyacaq səviyyədə hesab edilir. Avropanın böyük klublarına oyunçu satmaqda ad çıxaran “Ayaks” və “Porto”nun isə 3 futbolçusu indidən diqqət mərkəzinə düşüb.

 

Türkiyəli Əmrə Morun da adının olduğu siyahıya azərbaycanlı futbolçular sadəcə, baxmaqla kifayətlənirlər. Azərbaycanlı gənclər Türkiyə klubunda “18-liy”ə düşməyə, Xorvatiyanın 2-ci liqasında “peşəkar karyera” qurmağa çalışdıqları halda FİFA reytinqində 130-cu olan Lüksemburq kimi cırtdan ölkə gələcəyin ulduzunu yetişdirir. “Metz”də çıxış edən Vinsen Tillin gələcəkdə Lüksemburqu daha böyük komandalarda təmsil etməsi təəccüblü olmaz.

 

Yığma komandaların sıralamasında 175-ci olan Qambiyanın belə, “Napoli” kimi İtaliya nəhəngində “qızılı” yetişirsə, azərbaycanlı gənclər Topaz Premyer Liqasındakı klubların “18-liy”inə düşəndə özlərini ulduz sayırlar.

 

Gələcəyin ulduz futbolçuları:

Kristian Pulişiç (ABŞ / “Borussiya” Dortmund)

Konrad Laymer (Avstriya / “Zalsburq”)
Adrian Semper (Xorvatiya, “Dinamo” Zaqreb)
Josip Brekalo (Xorvatiya / “Volfsburq”)
Yiri Yanuşka (Çexiya / “Pribram”)
Kasper Dolberq (Danimarka / “Ayaks”)
Dele Alli (İngiltərə / “Tottenhem”)
Ola Ayna (İngiltərə / “Çelsi”)
Riise Oksford (İngiltərə / “Vest Hem”)

Osman Dembele (Fransa / “Borussiya” Dortmund)
Nanitamo İkone (Fransa / PSJ)
Kilian Mbappe (Fransa / “Monako”)
Malanq Sarr (Fransa / “Nitsa”)
Lukas Tusar (Fransa / “Lion”)
Dayo Upamekano (Fransa / “Zalsburq”)
Osman Manneh (Qambiya / “Verder”)

Benjamin Henrix (Almaniya / “Bayer”)
Feliks Passlak (Almaniya / “Borussiya” Dortmund)
Amadu Diavara (Qvineya / “Napoli”)

Federiko Dimarko (İtaliya / “İnter”)
Moyse Kin (İtaliya / “Yuventus”)
Əmrə Mor (Türkiyə / “Borussiya” Dortmund)

Milot Raşika (Kosovo / “Vitess”)
Vinsen Till (Lüksemburq / “Metz”)
Aldelhak Nuri (Hollandiya / “Ayaks”)
Mattiys de Layt (Hollandiya / “Ayaks”)
Sem Lammers (Hollandiya / PSV)
Aleks İvobi (Nigeriya / “Arsenal”)
Andre Silva (Portuqaliya / “Porto”)
Dioqo Yota (Portuqaliya / “Porto”)
Joze Qomes (Portuqaliya / “Benfika”)
Rui Pedro (Portuqaliya / “Porto”)
Aleksandr Qolovin (Rusiya / MOİK)

Fyodor Çalov (Rusiya / MOİK)

Kiran Terni (Şotlandiya / “Seltik”)
Mikel Oyarzabal (İspaniya / “Real Sosyedad”)
Joel Asoro (İsveç / “Sanderlend”)
Cordan Larsson (İsveç / “Helsinborq”)
Viktor Siqankov (Ukrayna / “Dinamo” Kiyev)
Reqan Pul (Uels / “Mançester Yunayted”)

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10