[b]“Qəbələ”nin sabiq futbolçusu Rusiya klubuna keçir[/b]
11.01.2017 - 09:24
[b]“Qəbələ”nin sabiq futbolçusu Rusiya klubuna keçir[/b]

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonovun klubsuz günləri başa çatmaq üzrədi. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli hücumçu “Anji” klubunun düşərgəsindədi.

 

Ötən yay “Qəbələ”dən ayrıldıqdan bəri klubsuz olan 30 yaşlı oyunçu həmin vaxtdan bəri fiziki formasını itirməmək üçün “Dnepr”də məşq etməklə kifayətlənirdi. “Anji”yə yenicə qoşulan Ukrayna millisinin sabiq üzvü Mahaçqala təmsilçisində baxışdan keçəcək. Rusiya təmsilçisi Antonovla yanaşı, Əfqanıstan millisinin və Nalçik “Spartak”ının yarımmüdafiəçisi Şarif Muhammadı da yoxlayır.

 

Qeyd edək ki, Aleksey Antonov “Qəbələ”dən əvvəl “Dnepr”, “Metallist”, “Zarya”, “Çernomorets”, “Aktobe” və “Kuban” kimi klublarda çıxış edib.

0