[b]Ozobiç üçün İslandiya yığması[/b]
11.01.2017 - 09:28
[b]Ozobiç üçün İslandiya yığması[/b]

“Qəbələ”nin futbolçusu Filip Ozobiçin şərəfini qoruduğu Xorvatiya millisinin mübarizə apardığı “Çin kuboku-2017” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Çinin Nanninq şəhərindəki beynəlxalq turnirin ilk günündə meydan sahibləri ilə İslandiya qarşılaşıb.

 

Avropa təmsilçisi bu görüşdə 2:0 hesabı ilə qələbə qazanıb. Kyartan Finboqasson 65-ci, Byorn Siqurdarsson 88-ci dəqiqədə asiyalıları məyus edib.

 

Bu qələbə ilə İslandiya yanvarın 15-də keçiriləcək final matçına vəsiqə əldə edib. Çin isə bundan bir gen əvvəl 3-cü uer uğrunda mübarizə aparacaq.

 

Həmin qarşılaşmalardakı rəqib komanda isə bu gün keçiriləcək ikinci matçda bəlli olacaq. Ozobiçin çıxış etdiyi Xorvatiya Çili ilə qarşılaşacaq. 

0