[b]Rusiya millisi 1/4 finala yüksəldi[/b]
11.01.2017 - 09:59
[b]Rusiya millisi 1/4 finala yüksəldi[/b]

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə II tura start verilib. Apasport.az saytının məlumatına görə, A və B qruplarında 4 görüş baş tutub.

 

Bu matçlardan sonra ilk 1/4 finalçı müəyyənləşib. Ardıcıl ikinci qələbəsini qazanan Rusiya millisi nəinki növbəti mərhələyə vəsiqəni, hətta 1-ci yeri təmin edib. Şimallılar bu dəfə Latviyanı 1 cavabsız qolla keçib.

 

Azərbaycan yığmalarındakı fəaliyyəti ilə tanıdığımız Nikolay Adamın baş məşqçisi olduğu Hindistan isə ilk qələbəsini qazanıb. Rusiyaya 0:8 hesablı yenilgidən sonra özünə gələn asiyalılar Belarusdan güclü olub – 1:0.

 

A qrupunda isə intriqa son tura qalıb. Bolqarıstan Tacikistanı 1:0 hesabı ilə yenib, zirvəni ələ keçirsə də, hələ də qrupda qala bilər. Yunanıstanla matçda 0:4 hesablı darmadağına üzülən Estoniya isə ilk iki yerdən birini tutmaq şansını qoruyur.

 

II tur

10 yanvar

A qrupu

Bolqarıstan – Tacikistan – 1:0

Estoniya – Yunanıstan – 0:4

 

1

Bolqarıstan

2

1

1

0

1-0

4

2

Tacikistan

2

1

0

1

1-1

3

3

Yunanıstan

2

1

0

1

4-1

3

4

Estoniya

2

0

1

1

0-4

1

 

B qrupu

Rusiya – Latviya – 1:0

Hindistan – Belarus – 1:0

 

1

Rusiya

2

2

0

0

9-0

6

2

Hindistan

2

1

0

1

1-8

3

3

Belarus

2

0

1

1

2-3

1

4

Latviya

2

0

1

1

2-3

1

 

0