[b]Yığmamız İspaniya və Ukrayna ilə eyni qrupda[/b]
11.01.2017 - 12:11
[b]Yığmamız İspaniya və Ukrayna ilə eyni qrupda[/b]

Futbol veteranlarından ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, yığmamız Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacaq yarışda qüvvəsini sınayacaq.

 

Yanvarın 15-də start götürəcək turnir 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunub. Yarışda Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandası qatılacaq.

 

Millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə eyni qrupda mübarizə aparacaq. Yığmamız səfərdə 15 futbolçu ilə yollanacaq. Bunlar Oqtay Abdullayev, Rüstəm Rəhimov, Asim Xudiyev, Hüseyn Məhəmmədov, Marat Salyanski, Arif Əsədov, Nadir Əliyev, Nazim Süleymanov, Vidadi Rzayev, Əli Abışov, Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Mahmud Qurbanov, Allahverdi Babayevdi.

 

Mənbə: affa.az

0