[b]Millimiz Avropa çempionatı üçün Rumıniyaya yollandı[/b]
11.01.2017 - 12:40
[b]Millimiz Avropa çempionatı üçün Rumıniyaya yollandı[/b]

Sabah 18 yaşadək voleybolçular arasında Avropa çempionatının II seçmə mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı E qrupunun matçları Rumıniyada keçiriləcək.

 

Vüqar Əliyevin başçılıq etdiyi komanda yanvarın 12-15-də Ploisti şəhərində Rusiya, Rumıniya və Portuqaliya ilə oynayacaq. Komandamızın finala yüksəlməsi heç də asan olmayacaq. Çünki şimal qonşularımız qrupun favoritləri hesab olunduğu halda, ev sahibləri ikinci yerə iddia edəcək. Lakin U-18-də yer alan voleybolçularımızın Super Liqada “Lokomotiv” adı altında oynadığını nəzərə alsaq, sensasiya gözləməyə dəyər.

 

Artıq Rumıniyaya yollanan komandamız bunun üçün ilk turda Rusiyaya gücünü göstərməlidi. Əgər onlar bunu bacarsa, ardınca Portuqaliya və Rumıniyanı da məğlub edə bilərlər.

 

12 yanvar

22:00. Rusiya - Rumıniya

 

13 yanvar

17:00. Azərbaycan - Rusiya

19:30. Rumıniya - Portuqaliya

 

14 yanvar     

17:00. Portuqaliya - Azərbaycan

 

15 yanvar     

17:00. Portuqaliya - Rusiya

19:30. Rumıniya - Azərbaycan

 

Qeyd edək ki, II seçmə mərhələdə 32 ölkə hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. İlk pillənin və 3 ən yaxşı ikinci yerlərin sahibləri final mərhələsinə yüksələcək. Burda onları apreldə həlledici oyunlara ev sahibliyi edəcək Hollandiya gözləyir.

 

0