[b]Bundesliqanın bombardiri Zidana lazım deyil[/b]
11.01.2017 - 13:33
[b]Bundesliqanın bombardiri Zidana lazım deyil[/b]

“Borussiya”nın hücumçusu Pyer-Emerik Obameyanqın Madrid “Real”ına keçəcəyi ilə bağlı xəbərlər gerçəkləşməyəcək. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan qabonlu futbolçunun xidmətində maraqlı deyil.

 

Zidanın fikrincə, onun komandası Obameyanqsız da güclüdü. Fransalı çalışdırıcı “Real”ın hücum xəttində çıxış edən futbolçuların onu qane etdiyini bildirib.

 

Qeyd edək ki, Obameyanq Bundesliqanın cari mövsümündə 16 qolla bombardirlər yarışına başçılıq edir. 

0