Amit Quluzadə AEL-lə müqavilə bağladı

“Sumqayıt”dan ayrılaraq yenidən legioner həyatı yaşamaq qərarına gələn Amit Quluzadə AEL-lə münasibətləri rəsmiləşdirib. Apasport.az saytı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq rəsmi müqaviləyə qol çəkib.

 

Bu barədə futbolçu özü feysbuk səhifəsində məlumat yayıb. Bir neçə gündü Larissada olan Amit bu gün klubun ofisinə yollanaraq, rəsmi müqaviləyə qol çəkib. Azərbaycan millisinin də formasını geyinmiş Quluzadə Yunanıstan Super Liqasının təmsilçisi ilə 2,5 illik sazişə qol çəkib.

 

Qeyd edək ki, Amit Quluzadə karyerası ərzində “Erciyesspor” (Türkiyə) və “Atletiko” (Portuqaliya) klublarında da legioner həyatı yaşayıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10