[b]Ronaldonun yeni sevgilisi kimdi?[/b]
11.01.2017 - 14:31
[b]Ronaldonun yeni sevgilisi kimdi?[/b]

Kriştianu Ronaldonun yeni sevgilisinin kimliyi bəlli olub. Apasport.az saytının məlumatına görə, FİFA-nın 2016-cı ilin ən yaxşılarını mükafatlandırdığı mərasimə qatılan portuqaliyalı ulduz tədbirə yeni xanımla qatılıb.

 

Ötən ilin ən yaxşı futbolçusu seçilən hücumçu Sürixdəki mərasimə Corcina Rodrigesin müşayiəti ilə təşrif buyurub. Modelin hələ 2016-cı ilin noyabrından Ronaldo ilə görüşdüyü bildirilsə də, onlar ilk dəfə ictimaiyyət önündə birgə görünüblər.

 

Fransanın Paris şəhərindəki Disneylendə də Kriştianu ilə birlikdə yollanan ispaniyalı model futbolçu ilə Madriddə tanış olub. Əvvəllər İspaniya paytaxtındakı “Madrid Gucci” mağazasının əməkdaşı olan 21 yaşlı Corcina “Real”ın qol silahı ilə ilk dəfə “Dolce & Gabbana”nın tədbirində görüşüb.

 

Əslən İspaniyanın qış kurort şəhəri olan Hakadan olan Rodriges öncə rəqslərə də meyl salıb. İngilis dilini daha mükəmməl öyrənmək üçün Londona da səfər edən Corcina geri dönəndən sonra model kimi fəaliyyətə başlayıb.

 

0