[b]Təbriz Həsənov səhvlərdən nəticə çıxarsa...[/b]
11.01.2017 - 15:44
[b]Təbriz Həsənov səhvlərdən nəticə çıxarsa...[/b]

“Maraqlı qarşılaşma oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.

 

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdəki ikinci oyununda Qazaxıstanla heç-heçə edən (2:2) yığmamızın çalışdırıcısı matç haqda fikirlərini açıqlayıb: “Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidi. Səhvlərimizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.

 

Qeyd edək ki, yığmamız ilk oyununda Litvaya uduzmuşdu – 1:2.

0