[b]“Azərbaycan millisi topa yaxşı nəzarət edir” - FOTO[/b]
11.01.2017 - 15:46
[b]“Azərbaycan millisi topa yaxşı nəzarət edir” - FOTO[/b]

“Azərbaycan yığmasının başqa turnirlərdəki oyunlarını izləmişdik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Qazaxıstanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aleksandr Kuznetsov deyib.

 

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə bu gün millimizlə qarşılaşan Qazaxıstan meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

 

Matçla bağlı fikirlərini bölüşən Kuznetsov bunları deyib: “Rəqibimizi yaxşı tanıyırdıq. Azərbaycan millisi güclü komandadı, futbolçuların çoxu təcrübəlidi. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı”.

 

 

0