[b]Ozobiç oynadı, Xorvatiya finaldan kənarda qaldı[/b]
11.01.2017 - 17:41
[b]Ozobiç oynadı, Xorvatiya finaldan kənarda qaldı[/b]

“Çin kuboku-2017” turnirində ikinci finalçı da bəlli olub. Apasport.az saytının məlumatına görə, Çini üstələyən İslandiyanın həlledici görüşdəki rəqibinin adına Çili – Xorvatiya matçından sonra aydınlıq gəlib.

 

Qalibi müəyyənləşdirmək üçün 90 dəqiqə bəs etməyib. Belə ki, 18-ci dəqiqədə cənubi amerikalılar Pinareslə hesabı açıblar. 76-cı dəqiqədə isə Andriyaseviç Xorvatiyanın bərabərlik qoluna imza atıb.

 

Matçın əsas vaxtı 1:1 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burda isə daha dəqiq (4:1) olan Çili millisi qələbə qazanaraq, adını finala yazdırıb.

 

Bu görüşdə “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin Xorvatiya yığmasındakı debütü reallaşıb. Matça start heyətində çıxan Ozobiç 57-ci dəqiqədə əvəzlənib.

 

Çiliyə uduzan Xorvatiya yığması yanvarın 14-də III yer uğrunda görüşdə Çinlə üz-üzə gələcək.

 

Qeyd edək ki, İslandiya və Çili milliləri arasında baş tutacaq final qarşılaşması isə yanvarın 15-də keçiriləcək.

 

 

0