[b]Ramil Şeydayev üçün uğursuz period[/b]
11.01.2017 - 20:48
[b]Ramil Şeydayev üçün uğursuz period[/b]

“Trabzonspor” Türkiyə Super Liqasının II dövrəsi üçün hazırlıqları davam etdirir. Apasport.az xəbər verir ki, yerli “fanatik.com” saytı komandanın hazırlıq planları haqqında geniş yazı hazırlayıb.

 

Ayrı-ayrılıqda oyunçuları dəyərləndirən həmkarlarımız milli komandamızın üzvü Ramil Şeydayev haqqında da yazıblar: “Yüngül zədəsi olduğu üçün toplanlışda komanda ilə birlikdə məşq edə bilmədi. Müalicə prosesindən sonra düz qaçışlara başladı. Onun üçün çox uğursuz bir period oldu”.

 

Qeyd edək ki, mövsümün əvvəlində “Zenit”dən “Trabzonspor”a transfer olan Ramil “qaradənizlilər”in heyətinə düşməkdə çətinlik çəkir.

0