[b]Ansi Aqolli: İstirahət yerinə düşdü[/b]
11.01.2017 - 21:45
[b]Ansi Aqolli: İstirahət yerinə düşdü[/b]

“Bu mövsüm bizim üçün uğurlu oldu, indi isə qarşıdakı oyunlar haqda düşünürük. Qış təlim - məşq toplanışını yaxşı dəyərləndirib mövsümün sonuna qədər komandamız üçün ən yaxşısını etməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.

 

Albaniyalı futbolçu ağdamlıların qış hazırlıqlarını keçdiyi Antalyada klubun saytına açıqlama verib: “Ağır ili geridə qoyduq, həm “Qarabağ”da, həm də milli komandada çox oyunlar keçirdik. Daha sonra istirahət tam yerinə düşdü. İndi isə yaxşı hazırlaşıb mövsümü uğurlu tamamlamalıyıq. Hazırda da komandada əhval-ruhiyyə əladır. İstirahətdən qayıdandan sonra hər kəs özünü yaxşı hiss edir”.

 

Ansi Aqolli geridə qalan ili də dəyərləndirib: “Ötən il mənim həyatımda xüsusi yer tutur. “Qarabağ”la ölkə kuboku və çempionatda qızıl medalları qazandıq. Milli komandayla Avropa çempionatının final mərhələsində mübarizə apardıq. Ümid edirəm ki, bu il daha çox mükafatlar qazanacağıq”.

 

0