[b]Azarkeşlərdən Qurbanova irad: Adam konkret danışmır[/b]
11.01.2017 - 23:09
[b]Azarkeşlərdən Qurbanova irad: Adam konkret danışmır[/b]

“Açığı, yeni transferlər gözlənilir deyə bilmərəm. Çünki real bir fakt yoxdu ki, deyək mütləq olacaq”. Apasport.az saytının “Qarabağ FK” feysbuk səhifəsinə istinadən məlumatına görə, bu sözləri ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib.


Yeni transferlərlə bağlı fikirlərini bölüşən təcrübəli çalışdırıcı daha çox xarici futbolçular almaq istəsə də, konkret qərar vermədiklərini deyib: “Ancaq çox istəyirik ki, yeni futbolçular alaq, hansı ki, onlarla maraqlanırıq. Amma konkret bir qərar yoxdu. Daha çox xarici klublarda çıxış edən futbolçularla maraqlanırıq”.


Qurbanovun bu açıqlaması azarkeşlər arasında ciddi narazılıqla qarşılanıb. Səhifənin aktiv izləyiciləri olan bir neçə tərəfdar rəylərdə aqressiya nümayiş etdiriblər.


Maraqlı reaksiyaları təqdim edirik:


- “Mənim başım çıxmır da hamı transfer edir, “Qarabağ” yatır fil qulağında. Sən özün axtar tap. Dabo kimi hücumçu, 2 müdafiəçi, 1 yarımmüdafiəçi, 1 də cinah oyunçusu. Özləri maraqlanmır, heç nə eləmir”.

- “Mən gözləyirdim ki, bu “transfer pəncərəsində “Qarabağ” 3-4 futbolçu göndərib, yerinə daha güclü oyunçu alacaq və gələn ilki Avrokubok mövsümündə qruplara düşmək üçün hazırlaşacaq. Ancaq görünür bunlar ancaq Topaz Premyer Liqası üçün oynayacaqlar. Bu gedişlə “Qarabağ” babat düşəcək”.

- “Bu adam bir dəfə konkret danışmadı da”.


Qeyd edək ki, “Qarabağ” qış “transfer pəncərəsi” dövründə “Neftçi”dən Elşən Abdullayevi və “İnter”dən Ağabala Ramazanovu transfer edib.

 

 

 

 

0