TPL: Almaniyadan böyük, İspaniyadan kiçik

Ən yaşlı və ən gənc futbol liqaları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Tailand çempionatı dünyada ən “qoca” liqadı.

 

Burada çıxış edən oyunçuların orta yaşı 27,5-di. Filippin 27,3, Qətər isə 27,2 göstərici ilə ilk “üçlük”dədi.

 

Avropanın ən yaşlı liqaları isə qonşularımızdadı. Türkiyə Superliqası və Rusiya Premyer Liqasında orta yaş həddi 27,1-di. Meksikada da eyni göstəricidi.

 

Avropada ən gənc çempionat isə Hollandiyadadı. Bu ölkənin ikinci liqasında orta yaş həddi 23,1-ə bərabərdi.

 

Azərbaycan çempionatının yüksək dəstəsi olan Topaz Premyer Liqası fərqlənənlər sırasında deyil. Cari mövsümün arxada qalan 178 oyunçusunun orta yaş həddinə nəzər salsaq, bu rəqəm 25,5-di.

 

“Böyük beşlik” ölkələri arasında ciddi fərq yoxdu. İngiltərə, İspaniya və İtaliyada bu rəqəm 26,9, Fransada 26,0, Almaniyada 25,4-dü.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10