[b]Millimizin hücumçusu “Olimpiakos”a qarşı oynayacaq[/b]
12.01.2017 - 13:15
[b]Millimizin hücumçusu “Olimpiakos”a qarşı oynayacaq[/b]

Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab matçları keçirilir. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu Türkiyənin “Çanakkale Bld” klubu rəqibini tanıyıb.

 

Sofiya “Levski”sini məğlub etməklə mərhələ adlayan komanda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq.

 

“Çanakkale Bld” ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcək.

 

Qeyd edək ki, “Olimpiakos” 1/16 finalda Rumıniya “Buxarest”indən güclü olub. 

0