Rakitiç “Yuventus” qrupunda
12.01.2017 - 19:34
Rakitiç “Yuventus” qrupunda

“Barselona”nın futbolçusu İvan Rakitiçin komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi “Yuventus”a keçmək istəyir.

 

Hələlik rəsmi bir açıqlama olmasa da, oyunçunun Turin klubunun üzvləri ilə eyni votsap qrupunda olması iddiaların yaranmasına səbəb olub. Belə ki, Mario Mancukiç, Pyatsa və Dani Alvesin də üzv olduğu qrup məhz “Yuventus” adlanır.

 

Oyunçuların bir-biriləri ilə dərdləşdiyi və bu zaman Rakitiçin katalonların baş məşqçisi Luis Enrikedən şikayət etməsi də yayılan məlumatlardan biridir.

 

Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi “Vilyareal”la La Liqanın son tur oyununda heyətə daxil edilməmişdi.

0