[b]Rəhim Həsənovun qərarı narazılıq yaratdı[/b]
12.01.2017 - 22:22
[b]Rəhim Həsənovun qərarı narazılıq yaratdı[/b]

Antalyada təlim-məşq toplanışını davam etdirən azərbaycanlı hakimlər müxtəlif sınaq matçlarında iş başında olurlar. Apasport.az saytının məlumatına görə, bu gün Rəhim Həsənov Antalyadakı ilk matçını idarə edib.

 

FİFA hakimi Qazaxıstanın “Kayrat” və Albaniyanın “Kukesi” klubları arasındakı oyunda əsas söz sahibi olub. Ölkə biriniciliyində verdiyi mübahisəli qərarlarla yadda qalan referi bu matçda narazılıq obyekti olub.

 

Belə ki, qarşılaşmanın 8-ci dəqiqəsində Albaniya təmsilçisinin hücumçusunun qazaxların qapısı qarşısında yerə yıxılmasını qayda pozuntusu kimi dəyərləndirən Rəhim Həsənov isə 11 metrlik cərimə zərbəsi təyin edib.

 

“Kayrat”ın oyunçuları bütün komanda ilə hakimə hücum etsə də, bu, onun qərarını dəyişməyib. Albanların zərbəsi isə qapı dirəyindən dönüb.

 

Matç isə “Kayrat”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

0