“İngiltərəni 3 ayda fəth etdim” - FOTO
13.01.2017 - 00:18
“İngiltərəni 3 ayda fəth etdim” - FOTO

Zlatan İbrahimoviç növbəti dəfə iddialı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, o, 3 ayda İngiltərəni fəth etdiyini deyib.

 

Şəxsi planları haqqında danışarkən bunun onun üçün əhəmiyyətsiz olduğunu vurğulayan isveçli artıq lazımi səviyyəyə çatdığını deyib: “Bombardirlər siyahısında Dieqo Kostadan sonra ikinci pillədə yer almağım mənim üçün önəmli deyil. Əsl hədəfim İngiltərə Premyer Liqasının qalibi olmaqdır. Komanda ilə uğur qazanan zaman fərdi mükafatlara da sahib çıxa bilirsən. Həm də artıq özümü İngiltərədə sübut etmişəm. Buranı 3 ayda fəth etdim”.

 

0