[b]İntiqam Zairova medal vermədilər[/b]
13.01.2017 - 09:00
[b]İntiqam Zairova medal vermədilər[/b]

Azərbaycan yığmasının London Yay Olimpiya Oyunlarında qazandığı medalların sayında dəyişiklik edilməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.

 

Belə ki, London-2012-də millimizin ağırlıqqaldıranı İntiqam Zairovun gümüş medal şansı yaransa da, bu rəsmiləşməyib. BOK 94 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimizin orqanizmində də istifadəsi qadağan olunmuş maddənin aşkarlandığını açıqlayıb. Buna səbəb kimi Olimpiada zamanı Zairovdan götürülən dopinq-testin təkrar analizi zamanı müsbət nəticə verməsi göstərilib. Onun dehydrochlormethyltestosterondan (turinabol) istifadə etdiyi məlum olub. Nəticədə həmyerlimiz nəinki rəqiblərinin cəzalanması səbəbindən medala layiq görülüb, hətta London-2012-də tutduğu 6-cı yerdən də məhrum edilib.

 

Beləliklə, London-2012-də qazandığımız medalların sayı 10 (2-2-6) qalıb.

 

BOK Zairovla yanaşı, Pekin-2008 və London-2012-də mübarizə aparmış daha 7 atletin nəticəsini ləğv edib.  

 

Qeyd edək ki, bundan öncə Zairovun Pekin Olimpiadasında və 2015-ci ildə keçirilən dünya çempionatındakı analizləri də müsbət nəticə vermişdi.

0