[b]“Reynaldonu transfer etmək istəyirik” – “Adanaspor”un baş məşqçisi[/b]
13.01.2017 - 10:00
[b]“Reynaldonu transfer etmək istəyirik” – “Adanaspor”un baş məşqçisi[/b]

Türkiyənin “Adanaspor” klubunun “Qarabağ”ın hücumçusu Reynaldonun xidmətində maraqlanması təsdiqlənib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisinin baş məşqçisi Levent Şahin braziliyalı forvardla maraqlandıqlarını açıqlayıb.

 

Yerli mətbuata danışan Şahin Ağdam klubunun forvardının gündəmlərində olduğunu bildirib: “Mütləq bir hücumçu alacağıq. Reynaldo da siyahımızda adı olan oyunçulardan biridi. Rəhbərlik bu transferi həll etmək istəyir. Bir problem yaranarsa, başqa namizədlərə yönələcəyik”.

 

Qeyd edək ki, Reynaldo ilə Superliqanın digər təmsilçisi “Gənclərbirliyi” də maraqlanır.

0