[b]“Kirill “Neftçi”yə pul qazanmaq üçün gedib” – klub prezidenti[/b]
13.01.2017 - 10:10
[b]“Kirill “Neftçi”yə pul qazanmaq üçün gedib” – klub prezidenti[/b]

“Biz Kirill Petrovla söhbət etdik. O bizim öz vəzifələrimizin nədən ibarət olduğunu bilir. Lakin orda vəziyyət başqadi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Olimpik” klubunun prezidenti Vladislav Qelzin deyib.

 

O bildirib ki, Bakının “Neftçi” klubuna keçən Kirill Petrov Azərbaycanda daha yüksək maaş aldığı üçün komandasını dəyişib: “Onun ailə vəziyyəti elədi ki, bunu deyə də bilmirəm. Böyük olmayan problemləri var. Kirill elə klub tapıb ki, orada ona burdakından daha çox pul verəcəklər. Petrov səviyyəsinə görə bizdən geri qalan Azərbaycan çempionatını seçib. Demək olar ki, Kirill ora pul qazanmaq üçün gedib. Çünki vəziyyət belə alındı. Bu vəziyyətdə onu da başa düşmək olar”.

 

Qeyd edək ki, Petrov bu qış transfer olunduğu “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

0