[b]“Neftçi”dən göndərilən futbolçu “Dinamo”ya keçir[/b]
13.01.2017 - 12:02
[b]“Neftçi”dən göndərilən futbolçu “Dinamo”ya keçir[/b]

Qış fasiləsi ərəfəsində “Neftçi”dən göndərilən Vançe Şikov karyerasını Rumıniyada davam etdirməyə çox yaxındı. Apasport.az saytı xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi “Dinamo”nun maraq dairəsindədi.

 

Buxarest təmsilçisi Makedoniya yığmasında 52 oyun keçirmiş futbolçu ilə danışıqlara başlayıb. Şikovun hazırda azad agent statusu daşıması “Dinamo” rəhbərliyinin ona maraq göstərməsinə səbəb olub.

 

Azərbaycanda özünü doğrultmayan müdafiəçinin yaxın günlərdə Rumıniyanın 18 qat çempionu ilə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Neftçi”yə ötən ilin yayında keçmiş Şikov “ağ-qaralar”ın heyətində çempionatda cəmi 5 oyunda iştirak etmişdi.

 

 

0