[b]Ulduz futbolçu Braziliyaya köçür[/b]
13.01.2017 - 13:41
[b]Ulduz futbolçu Braziliyaya köçür[/b]

“Montreal İmpakt” klubunun hücumçusu Didye Droqba karyerasını bitirmək barədə düşünmür. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, veteran oyunçu 39 yaşında yeni transferə hazırlaşır.

 

Belə ki, MLS klubu ilə müqavilə müddəti başa çatan Droqba Braziliyaya yollanır. Fil Dişi Sahilidən olan ulduz futbolçu “Korintians”dan təklif alıb. Braziliya təmsilçisinin 1 illik müqavilə təklifini müsbət qarşılayan sabiq “Çelsi”li sözləşmənin əleyhinə deyil. Bu keçid baş tutarsa, Droqbanın yeni komandasında həftəlik məvacibi 30 min funt-sterlinq olacaq.

 

Yaxın illərdə “Qalatasaray”ın da formasını geyinmiş forvard özü də karyerasını davam etdirəcəyini təsdiqləyib: “Hələ də futbol oynamaq istəyirəm. Ayaqlarımı uşaqlığımdakı kimi hiss edirəm. Ötən mövsüm dizimdə bir qədər problem yarandı. Amma indi yaxşıyam”.

 

Qeyd edək ki, Didye Droqba sabiq komandası “Marsel”in də maraq dairəsindədi.

0