[b]Millimiz Kaladze, Kapdevila və Ümit Karana qarşı[/b]
13.01.2017 - 14:47
[b]Millimiz Kaladze, Kapdevila və Ümit Karana qarşı[/b]

Futbol veteranlarından ibarət Azərbaycan millisinin Gürcüstanda qatılacağı beynəlxalq turnirdə yaxın keçmişin tanınmış futbolçuları iştirak edəcək. Apasport.az saytının məlumatına görə, 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü oyunçu, UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunacaq yarış yanvarın 15-də start götürəcək.

 

Ev sahibi Gürcüstan yığmasında Kaxa Kaladze və Levan Kobiaşvili, Türkiyə millisində isə Ümit Karan və Uğur Boral kimi keçmiş futbolçular yer alıb. 

 

İspaniya millisinin Tbilisiyə Serxi Barxuan, Xoan Kapdevila və Xose Amaviska kimi oyunçuları aparacağı dəqiqləşib.

 

Ukrayna yığması turnirdə Vitali Reva, Miron Markeviç, Vitali Kosovski, Sergey Naqornyak, Vladimir Yezerski, Vyaçeslav Sviderski, Andrey Donets, Eduard Çixmeystruk, Dmitri Pinçuk və Oleq Sobutskidən ibarət heyətlə çıxış edəcək.

 

Qeyd edək ki, yarışa yığmamızın hansı heyətlə yollanacağı isə 2 gün öncə açıqlanıb.

0