Azərbaycanın UEFA-nın hesabatında imza atdığı rekordun detalları bəlli olub. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə başa çatan çempionatlarla bağlı hesabatda Topaz Premyer Liqası qitədən ən böyük inkişafı ilə fərqlənmişdi.
Belə ki, 2014/15 mövsümü ilə müqayisədə 2015/16 mövsümündə stadionlardakı tamaşaçı sayı 99 faiz artan Azərbaycan Avropanın bütün liqalarını arxada qoyub. Artım faizindəki bu nəticə 10 komandanın mübarizə apardığı yarışda qeydə alınıb.
UEFA-nın hesablamaları üzrə 2014/15 mövsümündə cəmi 234 min 200 tamaşaçının izlədiyi çempionatımızda 2015/16 mövsümündəki rəqəm 465 min 700-ə yüksəlib. Hərçənd, PFL-in saytındakı rəsmi protokollara görə bu rəqəmlərdə cüzi fərqlər də var. Çünki ötən mövsümün 36 turunun 180 matçını əslində 464 min 429 tamaşaçı izləyib.
UEFA-nın bu rəqəmi 1271 nəfər artıq göstərməsi rekordumuza ciddi təsir etmir. Çünki 41 faiz artımın qeydə alındığı İsrail və 40 faizlik inkişafa nail olan İsveç ölkəmizdən çox-çox geri qalır.
Həm də ki, 1271 nəfərlik azarkeş sayı yuvarlaqlaşdırılanda 99 faiz kimi görünən 98,85 faizi 98,30-a endirir. Yəni cəmi 0,55 faiz fərq alınır.
Gerçək tamaşaçı sayının klublar üzrə bölünməsi isə diqqət çəkir. “Kəpəz” 464 min 429 nəfərin yarıdan çoxunu – 240 min 650-nı toplamaqla rekordun əsas səbəbkarı olub. Bir mövsüm əvvəlki ilə müqayisədə qeydə alınan artım da “Kəpəz”in tamaşaçı sayına yaxın rəqəmdi. Az qala həmin 99 faizlik artım Gəncədən gəlib.
“Kəpəz” bununla da son 11 mövsümdə şəksiz lider olan “Xəzər Lənkəran”ı taxtdan salıb. Cənublular ölkəmiz üçün qeyri-adi azarkeş sevgisi sayəsində 2004/05 mövsümündən 2014/15 mövsümünədək ardıcıl 11 dəfə “tamaşaçı sayında Azərbaycan çempionu” idi.
klub |
oyun |
tamaşaçı |
orta |
ən çox |
ən az |
Kəpəz (Gəncə) |
18 |
240650 |
13369 |
20400 |
8100 |
Xəzər Lənkəran |
18 |
66700 |
3706 |
9700 |
200 |
Qarabağ (Ağdam) |
18 |
30983 |
1721 |
4000 |
350 |
Neftçi (Bakı) |
18 |
29600 |
1644 |
6500 |
200 |
Qəbələ |
18 |
25350 |
1408 |
4000 |
300 |
Sumqayıt |
18 |
23860 |
1326 |
2000 |
500 |
Zirə (Bakı) |
18 |
20000 |
1111 |
2000 |
350 |
İnter (Bakı) |
18 |
12070 |
671 |
2000 |
300 |
Rəvan (Bakı) |
18 |
8410 |
467 |
1000 |
80 |
AZAL (Bakı) |
18 |
6806 |
378 |
1000 |
100 |
Cəmi |
180 |
464429 |
2580 |
20400 |
80 |
Lənkəran klubunu 2-ci pilləyə göndərən “Kəpəz” həm də ən çox tamaşaçı toplayan 4 matçın ev sahibidi. Məhz gəncəlilərin “Qarabağ”la görüşlərində 20 min 400 və 20 min azarkeş toplamışdı. “Sumqayıt” və “Xəzər Lənkəran”la ev oyunlarında 18 min fanatı bir araya gətirən qərblilər bununla da Azərbaycanın rekorduna böyük töhfə verib.
20400 |
Kəpəz |
Qarabağ |
21 tur |
14.02.2016 |
1:2 |
20000 |
Kəpəz |
Qarabağ |
5 tur |
20.09.2015 |
2:3 |
18000 |
Kəpəz |
Sumqayıt |
7 tur |
04.10.2015 |
3:1 |
18000 |
Kəpəz |
Xəzər Lənkəran |
9 tur |
24.10.2015 |
1:0 |