[b]“Hər üç oyunda bəxtimiz gətirmədi” - Təbriz Həsənov[/b]
13.01.2017 - 18:01
[b]“Hər üç oyunda bəxtimiz gətirmədi” - Təbriz Həsənov[/b]

“Qrupda keçirdiyimiz hər üç oyuna əsasən onu deyə bilərəm ki, bəxtimiz gətirmədi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan yığmasının (U-19) baş məşqçisi Təbriz Həsənov deyib.

 

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirin III turunda Slovakiyaya 0:1 hesabı ilə uduzan yığmamızın baş məşqçisi məğlubiyyəti bəxsizliklə əlaqələndirib: “Yaratdığımız qol epizodlarını gördünüz. Bununla belə, fərqlənə bilmədik və nəticə göz qabağındadı. Məni təəssüfləndirən digər məqam futbolçumuzun qırmızı vərəqə almasıdı. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından bu turnir bizim üçün faydalıdı”.

 

Qeyd edək ki, bu məğlubiyyət millimizi qrup sonuncusu edib.

 

Mənbə: affa.az

0