“Azərbaycan yığması bizdən daha yaxşı oynadı” - Milan Malatinski
13.01.2017 - 18:03
“Azərbaycan yığması bizdən daha yaxşı oynadı” - Milan Malatinski

“Qələbəyə görə çox sevinirik. Azərbaycan yığma komandasının bəxtinin gətirməməsi fikri ilə razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının (U-19) baş məşqçisi Milan Malatinski deyib.

 

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirin III turunda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gələn çalışdırıcı oyun haqda danışıb: “Rəqibimizin güclü komanda olduğunu düşünürəm və yaxşı futbol oynayıb qələbə qazana bilməmək çox pis təsir edir. Xüsusilə, birinci hissədə Azərbaycan yığması bizdən daha yaxşı oynadı. Lakin penaltidən yararlana bilmədikdən sonra uşaqlar sanki toparlandılar. Bir daha bildirirəm ki, qələbəyə görə çox şadam”.

Mənbə: affa.az

0