[b]“Sumqayıt”la oyunda daha çox qol vura bilərdik” – “Skenderbeu”nun baş məşqçisi[/b]
14.01.2017 - 12:43
[b]“Sumqayıt”la oyunda daha çox qol vura bilərdik” – “Skenderbeu”nun baş məşqçisi[/b]

“Komandamız bu oyunu ilə heytərləndirdi. Amma bu qələbəni unutmalı və başımızı aşağı salıb, işimizə davam etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi İlir Daya deyib.

 

Antalyadakı təlim-məşq toplanışı çərçivəsində “Sumqayıt”la qarşılaşan Korçe təmsilçisinin çalışdırıcısı yetirmələrindən razı qalıb. O, 3:1 hesablı qələbəyə sevindiklərini, lakin eyforiyadan uzaq olduqlarını bildirib: “İlk yoxlama oyununda olduğu kimi yenə futbolçularımızın istəkli və həvəsliliyi diqqət çəkdi. Lakin bu dəfə oyun baxımından daha yüksək keyfiyyət gördük. Xətlər arasında anlaşma da əla idi. Bu matçda balanslaşmış kollektiv təsiri bağışladıq. “Sumqayıt”ın qapısından 3 qol keçirdik. Bu da hücumlarımızın məntiqi nəticəsi idi. Lakin daha çox qol da vura bilərdik. Bunun üçün imkanlarımız da oldu. Salihi öz oyununu rəqibə də diqtə edirdi. Heç kimi fərqləndirmədən bütün komandadan razıyam. Bu matç həm də baxışda olanları sınamaq üçün faydalı oldu”.

 

0