[b]Millimizdən növbəti biabırçı məğlubiyyət[/b]
14.01.2017 - 19:15
[b]Millimizdən növbəti biabırçı məğlubiyyət[/b]

18 yaşadək qız voleybolçular arasında Avropa çempionatının II seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, E qrupunda yer alan Azərbaycan millisi ikinci oyununda Portuqaliya yığması ilə üz-üzə gəlib.

 

Bu qarşılaşma da Vüqar Əliyevin yetirmələrinin biabırçı məğlubiyyəti ilə başa çatıb. Üç setdə cəmi 32 xal toplaya bilən yığmamız yenidən meydanı başıaşağı tərk edib – 0:3 (13:25, 7:25, 12:25).

 

Qeyd edək ki, dünən Rusiya ilə qarşılaşmış komandamız o oyundan da rüsvayçı məğlubiyyətlə ayrılmışdı. Millimiz Şimal qonşularımıza da 0:3 hesabı ilə uduzmuşdu – 6:25, 5:25, 7:25.

0