[b]“Şəmkir”dən ikinci qələbə[/b]
15.01.2017 - 14:26
[b]“Şəmkir”dən ikinci qələbə[/b]

“Şəmkir” Antalyada ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi Qazaxıstan aşağı dəstəsində çıxış edən “Kiran”la üz-üzə gəlib.

 

Görüş 2:1 hesabı ilə “qərblilər”in qələbəsi ilə başa çatıb. “Şəmkir”in qollarını Fərmayıl Əliyev və Vüsal Qarayev vurub.

 

Qeyd edək ki, Qəhrəman Əliyevin yetirmələri daha əvvəl Türkiyə çempionatının aşağı liqasında çıxış edən "Kuşadası" ilə qarşılaşmış və 1:0 hesablı qələbəyə sevinmişdi.

0