[b]Həmyerlimiz də darmadağına mane ola bilmədi[/b]
15.01.2017 - 18:56
[b]Həmyerlimiz də darmadağına mane ola bilmədi[/b]

Portuqaliya Sequndasında XXII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun formasını geyindiyi “Sportinq B” də növbəti matçını keçirib.

 

“Zolaqlılar” səfərdə “Portimonense” ilə qarşılaşıblar. Görüş liderin darmadağını ilə yeklunlaşıb – 4:0.

 

Həmyerlimiz oyuna ehtiyatda başlasa da, sonradan meydana daxil olub. O, oyuna girərkən rəqib artıq iki qol vurmuşdu.

 

Qeyd edək ki, 22 oyundan sonra aktivində 25 xal olan “Sportinq B” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

0