“Rabitə” voleybol klubu “Novruz-2008” turnirində vahid liderdir
27.03.2008 - 13:07
“Rabitə” voleybol klubu “Novruz-2008” turnirində vahid liderdir
Bakı. Mehman Süleymanov-APA-Sport. Voleybol üzrə qadınlar arasında “Novruz-2008” turnirində növbəti oyunlar keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, “Nəqliyyatçı” klubu “Lokomotiv”, “Rabitə” klubu “Transspor”, “İqtisadçı” klubu “Təhsil-Sumqayıt” klubu üzərində 3:0 hesablı qələbə qazanıb. Üç turdan sonra “Rabitə” yüz 6 xalla vahid liderdir. Hesabında 5 xal olan “İqtisadçı” və “Nəqliyyatçı” klubları qrupda müvafiq olaraq 2-ci və 3-cü yerləri tuturlar. “Lokomotiv” ilə “Təhsil-Sumqayıt” 3 xalla sonuncu pillələrdə qərarlaşıblar. Qeyd edək ki, “Novruz-2008” turnirinə sabah yekun vurulacaq.
0