[b]Yığmamız "biabırçı ənənə"ni pozmadı[/b]
15.01.2017 - 20:42
[b]Yığmamız "biabırçı ənənə"ni pozmadı[/b]

18 yaşadək qız voleybolçular arasında Avropa çempionatının II seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, E qrupunda yer alan Azərbaycan millisi üçüncü oyununda Rumıniya millisi ilə üz-üzə gəlib.

 

İlk iki oyunda rus və portuqaliyalı həmyaşıdlarına rüsvayçı şəkildə məğlub olan komandamız bu dəfə də “ənənəni” pozmayıb – 0:3.

 

Rusiya qarşısında cəmi 18 (6:25, 5:25, 7:25), Portuqaliya ilə oyunda isə 32 (13:25, 7:25, 12:25) xal toplayan yığmamızın bu dəfə isə 29 xala gücü çatıb (4:25, 12:25, 13:25).

0