[b]“Buna görə Azərbaycan yığmasına təşəkkür edirəm” – iranlı baş məşqçi[/b]
16.01.2017 - 00:15
[b]“Buna görə Azərbaycan yığmasına təşəkkür edirəm” – iranlı baş məşqçi[/b]

“Rəqibimizi təbrik edirəm. Azərbaycan – heyətində çox güclü futbolçular olan yaxşı komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İran millisinin (U-19) baş məşqçisi Abas Çəmənian deyib.

 

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirin 9-16-cı yerlər uğrunda matçında millimizlə qarşılaşan İran minimalhesablı məğlub olub.

 

Matçdan sonra iranlı mütəxəssis fikirlərini açıqlayıb: “Bilirdik ki, bu oyun bizim üçün ağır olacaq. Çünki rəqib futbolçular fiziki baxımdan bizdən güclüdür. Bunu nəzərə alaraq, daha çox pressinqə üstünlük verməyə çalışırdıq. Bu gün çox müdafə olunmaq məcburiyyəti qarşısında qaldıq. Buna görə Azərbaycan yığmasına təşəkkür edirəm. Çünki müdafiəçilərimizi öz mövqeyində təcrübə toplamağa vadar etdilər və bu bizim üçün çox faydalıdır”.

0