[b]Azərbaycan voleybolunun bu günü: rüsvayçı reallıq[/b]
16.01.2017 - 09:44
[b]Azərbaycan voleybolunun bu günü: rüsvayçı reallıq[/b]

18 yaşadək voleybolçular arasında Avropa çempionatının II seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, E qrupunda mübarizə aparan qızlardan ibarət Azərbaycan millisi Rumıniyada baş tutan oyunlarda biabırçı hesablarla uduzub.

 

Belə ki, Rusiya və Portuqaliya ilə görüşlərdə cəmi 50 xal toplayan Vüqar Əliyevin yetirmələri ev sahibləri ilə görüşdə antirekordlarını yeniləyiblər. Rumınlar da komandamıza set vermədən qalib gəliblər – 3:0 (25:4, 25:12, 25:13). Görüşün ilk seti isə ruslara 20 xallıq məğlubiyyəti belə unutdurub.

 

Ümumi qrup mərhələsində isə voleybolçularımız 79 xal toplayıb. Bu da öz növbəsində digər “rekord”du.

Beləliklə, 3 matçdan sonra qrupda sonuncu olan yığmamız yarışla vidalaşıb. Rusiya və Rumıniya isə mərhələ adlayıb.

 

 

Rusiya

3

3

0

9-2

260-164

8

Rumıniya

3

2

1

8-3

247-183

7

Portuqaliya

3

1

2

3-6

168-182

3

Azərbaycan

3

0

3

0-9

79-225

0

 

 

 

0