[b]“İbrahimoviç kimi hər futbolçu tətili Azərbaycanın dağlarında keçirmir”[/b]
16.01.2017 - 09:56
[b]“İbrahimoviç kimi hər futbolçu tətili Azərbaycanın dağlarında keçirmir”[/b]

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviçin Azərbaycan səfəri yada salınıb. Apasport.az saytı xəbər verir ki, Rusiya mətbuatında dərc olunan yazıda isveçli futbolçunun təxminən 2 il öncə Bakıda olması xatırladılıb.

 

Yazıda bildirilir ki, İbrahimoviç kimi 34-35 yaşında Çindən aldığı təklifi rədd edən futbolçu çox deyil. Bundan əlavə, “İbrakadabra”nın qarın üstündə çılpaq halda uzanması və tətili çimərliklərin birində deyil, Azərbaycanın dağlarında keçirməsi xüsusi vurğulanıb: “Heç də hər futbolçu qarın üstünə çılpaq uzanmır və tətili çimərlikdə deyil, Azərbaycanın dağlarında keçirmir”.

 

İbrahimoviçin özünəməxsus futbolçu olduğunu vurğulayan həmkarlarımız onu Mario Balotellidən müsbət mənada fərqləndiriblər. Zlatanın “Supermario” ilə bağlı açıqlaması da yada salınıb: “Balotelli kimi, mən də atəşfəşanlığı sevirəm. Lakin heç vaxt öz evimi yandırmamışam”.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç 2015-ci ilin iyun ayında dostlarının dəvəti ilə Azərbaycana təşrif buyurmuşdu.

 

 

 

 

0