[b]Polina Rəhimova 36 xal qazandı[/b]
16.01.2017 - 10:04
[b]Polina Rəhimova 36 xal qazandı[/b]

Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” PFU klubu ilə qarşılaşıb.

 

XVI turda NEC-ə 0:3 hesabı ilə uduzan “avtomobilçilər” bu dəfə qələbəyə seviniblər. Onlar autsayderi 3:1 hesabı ilə məğlub ediblər. Polina qarşılaşmada komandasına 36 xal qazandırıb. Hücumçumuz bu xallardan 32-ni hücumda, 2-ni blokda və 2-ni eyslə əldə edib.

 

Qeyd edək ki, 17 oyundan sonra hesabında 26 xalı olan “Toyota” turnir cədvəlində yenə 5-ci yerdədi.

0