[b]Odina Bayramovanın 23 xalı qələbə üçün yetmədi[/b]
16.01.2017 - 10:45
[b]Odina Bayramovanın 23 xalı qələbə üçün yetmədi[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında XII turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Foppapedretti”ni qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb. Belə ki, “Firenze” 2 set məğlub olduqdan sonra hesabda tarazlıq yaratsa da, tay-brekdə uduzub – 2:3 (16:25, 18:25, 25:22, 25:16, 15:17).

 

Bayramova oyunda komandasının ən yaxşısı olub. O, 23 dəqiq zərbə ilə fərqlənib.

 

Bu məğlubiyyət “Firenze”nin turnir cədvəlindəki mövqeyinə də təsir edib. Komanda 10-cu yerə enib.

 

Qeyd edək ki, “Firenze” A seriyanın növbəti turunda “Telekom”un Çempionlar Liqasındakı rəqibi “Konegliano” ilə qarşılaşacaq.

 

 

 

0