[b]Uelsdəki sensasiya “Kəpəz”i yerində saxladı [/b]
16.01.2017 - 11:01
[b]Uelsdəki sensasiya “Kəpəz”i yerində saxladı [/b]

Uelsin TNS klubunun qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün son oyununda qalib gəlib, cari çempionatda ardıcıl 21 qələbə qazanan komanda 2017-ci ilə uğursuz start verib.

 

Belə ki, ardıcıl 22 dəfə meydanı xal itirmədən tərk edən TNS yarışın autsayderlərindən olan “Nyutaun”la səfər matçında üstünlüyünü əldən verib. 3:1 hesabı ilə öndə olan qonaqlar son 10 dəqiqədə iki qol buraxıb və 2 xal itirib.

 

22 oyunluq qələbə seriyası tarixə köçən Uels təmsilçisi bununla da Avropanın rekordçuları siyahısına düşüb. Lakin Azərbaycan rekordçusu “Kəpəz”in yeri toxunulmaz qalib. Çünki qeydə alınan sensasiya Gəncə klubunu mövqeyini itirməkdən xilas edib.

 

1997-98-ci illərdə 22 qələbəni (2-si texniki nəticə) sıralayan “Kəpəz” PSV və TNS-lə 8-10-cu yerləri bölüşür. Sonuncular digər iki şərikini keçmək şansını “Nyutaun”la görüşdə itirib. Avropanın mütləq rekordçusu isə “Benfika”dı – 29 qələbə.

 

Avropada 10 ən uzun qələbə seriyası

1. “Benfika” (Portuqaliya) – 29 qələbə (1971-73)

2-3. “Dinamo” (Xorvatiya) – 28 qələbə  (2006-07)

“Ferensvaroş” (Macarıstan) – 28 qələbə (1931-33)

4-5. “Seltik” (Şotlandiya) – 25 qələbə (2003-04)

“Dinamo” (Albaniya) – 25 qələbə (1951-52)

6. “Srvena Zvezda” (Serbiya) – 24 qələbə (2015-16)

7. “Malmö” (İsveç) – 23 qələbə (1949-50)

8-10. “Kəpəz” (Azərbaycan) – 22 qələbə (1997-98)

PSV (Hollandiya) – 22 qələbə (1987-88)

TNS (Uels) – 22 qələbə (2016)

0