[b]“Zirə” TPL-in digər 5 iştirakçısına qoşuldu[/b]
16.01.2017 - 12:41
[b]“Zirə” TPL-in digər 5 iştirakçısına qoşuldu[/b]

Topaz Premyer Liqasının (TPL) daha bir iştirakçısı Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Sumqayıt” və “Neftçi”nin ardınca “Zirə” təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyəyə yollanıb.

 

Hazırlığın ikinci mərhələsini Antalya şəhərində keçirəcək paytaxt təmsilçisi orda 2 yoxlama oyunu keçirəcək. Yanvarın 18-də Qırğızıstanın “Dordoy" klubu ilə üz-üzə gələcək “Zirə” 4 gün sonra isə Bolqarıstan təmsilçisi "Lokomotiv"lə qarşılaşacaq.

 

“Zirə” Türkiyədən yanvarın 23-də dönəcək. Ayxan Abbasovun yetirmələri iki günlük istirahətdən sonra AZAL-la çempionat matçının hazırlığına start verəcək.

 

 

 

 

0