[b]“Azərbaycanla Moldova bizi maraqlandırmırdı” - FOTO[/b]
16.01.2017 - 13:10
[b]“Azərbaycanla Moldova bizi maraqlandırmırdı” - FOTO[/b]

“Yevgeni Novak üçün Avropadan klub axtarırdıq. Onu Polşa, Portuqaliya, Yunanıstan klublarına təklif etmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol agenti Aleksandr Pankov deyib.

 

Ukraynalı Kiril Petrovun “Neftçi”yə keçidində də vasitəçi olan menecer qalmaqalla ayrıldığı müştərisi Yevgeni Novak haqda danışıb.

 

Pankov sonda Makedoniyanın “Vardar” klubuna keçən futbolçunu Azərbaycana gətirmək istəmədiyini qeyd edib: “Amma heç kim buna reaksiya vermidi. Çünki son ildə Yevgeni çox az oynamışdı. Yaxşı statistikan olmadan isə Avropaya gedə bilməzsən. Bir az aşağı səviyyəli çempionat axtarırdıq. Azərbaycanla Moldova isə bizi artıq maraqlandırmırdı. Çünki komandalar aşkar zəif idi”.

 

Qeyd edək ki, Kiyev “Dinamo”sunun yetirməsi olan Novak “Vardar”adək “Volın”da çıxış edib.

0