[b]“Milan” Montellaya yeni müqavilə təklif edəcək[/b]
16.01.2017 - 13:41
[b]“Milan” Montellaya yeni müqavilə təklif edəcək[/b]

“Milan” rəhbərliyi komandanın baş məşqçisi Vinçentso Montella ilə əməkdaşlığı davam etdirmək fikrindədi. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “rossonyerlər” 42 yaşlı çalışdırıcıya yeni müqavilə təklif etməyə hazırlaşırlar. 

 

“Milan”ın “sükanı arxası”na yayda keçən Montellanın bu vaxta qədər gördüyü iş rəhbərliyi razı salıb. Onun “qırmızı-qaralar”la qüvvədə olan müqaviləsi 2018-ci ilin yayına qədər nəzərdə tutulub. Rəhbərlik isə bununla kifayətlənməyərək, Montellanın sözləşməsinin müddətini uzatmağa qərar verib.

 

Qeyd edək ki, Montella “Milan”dan öncə “Kataniya”, “Fiorentina” və “Sampdoriya” klublarını çalışdırıb.

0